EN

Klublararası dünya çempionatının formatını dəyişə bilər

FİFA klublararası dünya çempionatının formatını dəyişə bilər.

"Unikal" xəbər verir ki, ali futbol qurumu turnirin iki ildən bir keçirilməsini planlaşdırır.

2029-cu ildən başlayaraq komanda sayı 32-dən 48-ə çatdırılacaq. Bundan başqa, oyun təqvimində sıxlığı aradan qaldırmaq üçün milli komandaların iyulda keçirəcəyi yoldaşlıq matçlarının ləğvi də nəzərdə tutulub.

Qeyd edək ki, klublararası dünya çempionatı bu il ABŞ-da təşkil olunub. Qalib İngiltərə təmsilçisi "Çelsi" olub.

Chosen
55
40
unikal.az

10Sources