1010 gündür davam edən müharibə ərzində Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisinin cəmi 0,96 faizini işğal edə bilib.
Bu barədə cəbhə xəttindəki dəyişiklikləri izləyən "DeepState" monitorinq qrupu məlumat yayıb.
Məlumatda bildirilir ki, 2022-ci il 12 noyabrda işğal olunmuş ərazi 108 651 kv. km təşkil edirdisə, bu günədək həmin göstərici 114 493 kv. km-ə çatıb. Beləliklə, Rusiya bu müddət ərzində 5 842 kv. km əlavə ərazini nəzarətə götürüb.
Layihənin analitikləri qeyd ediblər ki, işğalçılar müharibənin ilk günlərində daha çox uğur qazanıblar. Lakin Xarkov və Xerson istiqamətlərində aparılan əks-hücum əməliyyatları nəticəsində Ukrayna ordusu böyük əraziləri azad edib.
"DeepState"-in məlumatına görə, 2022-ci ilin noyabrından sonra Rusiya ordusu hücumlarını dayandırmayıb və xüsusilə Baxmut istiqamətində fəallığı artırıb.
AzPolitika.info