EN

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə beynəlxalq reytinqdə 2 pillə irəliləyib

Azərbaycan
Azərbaycan iyul ayında sabit genişzolaqlı internetin orta sürəti üzrə ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 2 pillə irəliləyərək 82,58 MB/S sürətlə 153 ölkə arasında 81-c1 olub. 1news.az “Speedtest Global Index”in hesabatına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay reytinqdə birinci yerdə Sinqapur (386,96 MB/S), axırıncı yerdə isə Suriya (3,29 MB/S) qərarlaşıb. Azərbaycan iyulda mobil internetin sürəti üzrə isə iyun ayına nisbətən 1 pillə geriləyərək 74,76 MB/S sürətlə 104 ölkə arasında 56-cı olub. Mobil internetin sürətinə görə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri (584,97 MB/S), sonuncu yerdə isə Boliviya (14,7 MB/S) qərarlaşıb. Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 198 şəhər arasında 83,27 MB/S sürətlə 112-ci yerdə qərarlaşıb. Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (353,24 MB/S) başçılıq edib, sonuncu pillədə isə Hələb (2,73 MB/S) qərarlaşıb.

Azərbaycanın paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 4 pillə irəliləyərək 93,16 MB/S sürətlə 148 şəhər arasında 83-cü olub. Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (581,031 MB/S), sonuncu yeri La Paz (Boliviya) (11.12 MB/S) tutub.

Chosen
21
3
1news.az

10Sources