“Atletiko” 16 ildən sonra İspaniya La Liqasının açılış matçında məğlub olub.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisinin uğurlu seriyasına ötən gün “Espanyol”la görüşdə son qoyulub.
Madrid klubu son olaraq 2009-cu ildə, çempionatın I turunda “Malaqa”ya uduzub – 0:3.
Qeyd edək ki, “Atletiko” səfərdə gerçəkləşən oyunda “Espanyol”a 1:2 hesabı ilə uduzub.