EN

Hazırda 3200-dən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda ölkə üzrə 3244 şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.

QHT.az xəbər verir ki, onlardan 3 minə yaxını ahıllar, digərləri əlilliyi olan şəxslərdir. Xidmət göstərilən şəxslərdən 2493-ü qadın, 751-i kişidir.

Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər.

Chosen
54
3
qht.az

10Sources