Son zamanlar sosial şəbəkələrdə uşaqlarla bağlı yumor məqsədli videolar sürətlə yayılır. Ata-analar, nənə-babalar körpələrin hərəkətlərini gülməli təqdim etmək, onları izləyicilərə maraqlı göstərmək üçün çəkib paylaşırlar. İlk baxışdan əyləncəli görünsə də, bu tendensiya birmənalı qarşılanmır. 1-2 yaşlı körpələrin əllərinə arxadan qandallanmış kimi göstərib, fonda səs paylaşaraq onu oğurluq etmiş cinayətkar kimi təqdim edirlər.
Uşaqların məxfilik və psixoloji rahatlığı bahasına ailəvi “yumor” normal sayılmalıdırmı?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan psixoloq Aytac Nağılı deyib ki, uşaqlar kiçik yaşlarından etibarən yaşadıqları hadisələri unutmurlar.
Onun sözlərinə görə, valideynlər çox zaman “balacadır, yadında qalmaz” deyər və ya gülüb keçərlər:
“Halbuki uşaq dünyaya gəldiyi andan etibarən hər şeyi yaddaşına yazır və şəxsiyyətinin təməlini həmin illərdə atır. İnsan həyata güvən ehtiyacı ilə başlayır. Bu güvəni isə ilk növbədə valideynlərindən və ona baxım verən şəxslərdən öyrənir. Ananın uşağın altını dəyişməsi, qidalandırması, göz kontaktı qurması, sevgi ilə qucaqlaması – bunların hamısı körpənin həyata tutunması üçün əsas siqnallardır”.
Müsahibimiz vurğulayıb ki, əgər valideyn övladına hər dəfə əsəbi, etinasız və ya lağla yanaşırsa, uşağın təməl güvən hissi zədələnə bilər: