EN

Dünya şiəliyi Azərbaycan tərəfindən idarə olunmalıdır- Politoloq

“Bəlkə də 20 ildən çoxdur ki, ABŞ-ın İran siyasətinin regional mərkəzi Ermənistanda yerləşib. Regional mərkəz anlayışı artıq Qafqaz anlamında deyil, bəlkə də Mərkəzi Asiya regionu bura daxildir. Bəzi ərəb dövlətlərindən də məlumatlar Ermənistana gəlir. Ermənistanın ABŞ-dakı səfirliyinin əməkdaşlarının sayı hədsiz çoxdur və əsasən də İran üzrə ixtisaslaşıblar. Ona görə fars dili ABŞ-ın Ermənistandakı səfirliyində rəsmi dillərdən biridir”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, Ermənistan səfirliyində Vaşinqtonun qurduğu iş artan istiqamətdədir:

“Azərbaycan Respublikasındakı səfirliyində aparılan tədqiqat işlərinin Ermənistandakı səfirliyinə sadəcə köçürülməsi idisə, indi artıq artan xətt üzrə Ermənistanı bütöv ABŞ özünün İran üzrə tədqiqat, kəşfiyyat, casusluq poliqonuna çevirdi. Bərgüşad (Vorotan) SES Kaskadının heç bir elektrik enerjisinin mahiyyəti yox idi. Yalnız İranın sərhədinə yaxın olması və orada olan qurğuların casusluq obyektini gizlətməyə imkan verməsi ABŞ üçün maraqlı idi və o SES-i də aldı. Ardınca Amulsar qızıl yatağını aldı. İranla sərhəddə yerləşdiyi üçün daha çox kəşfiyyat mahiyyətli obyekt idi. Vaxtaşırı İranın daxilində bütün imkanlı adamları, SEPAH-çılar ABŞ-la Ermənistan vasitəsilə əlaqə yaradıblar. Bugünkü İran hakimiyyəti imkanlı, varlı səlahiyyətli vətəndaşlarının Ermənistan ərazisindən ABŞ-a nə qədər mal-mülk ötürdüyünü öyrənə bilməz. Hansı vətəndaşların, yüksək səlahiyyətlilərin, hərbçilərinin ailə üzvləri ABŞ-da ev, mal-mülk alıblar, orada yaşayırlar, bunu da müəyyənləşdirə bilməz. Çünki bu ABŞ-ın reallaşdırdığı xüsusi proqramdır və SEPAH-çılar da bu sirrin açılmayacağına arxayın olub, həmin layihəyə qoşulublar.
ABŞ və ermənilərin İran üzərində qurduğu iş İranın savadsızlığı, nadanlığı və İran elitasının İran İslam quruluşuna nifrəti üzərində qurulub. ABŞ və Ermənistan İranın anti-Azərbaycançılığının dərəcəsini qəbul ediblər. Bundan xəbərləri var. Onlar belə başa düşürlər ki, sadəcə İranın siyasətidir. İran heç zaman bu qədər anti-Azərbaycan ola bilməz. Əlbəttə, ABŞ-dan gələnlər erməniləri başa salıblar ki, əslində İran İslam inqilabının mahiyyəti anti-şiəlik və anti-Azərbaycançılıqdır. Ona görə də ermənilər belə ciddi cəhdlə çalışırlar”.

Politoloq qeyd edib ki, ABŞ-ın ideyası ilə Ermənistan bir neçə dəfə İsraillə əlaqələri möhkəmləndirməyə can atıb:

“Ermənistanın daxilində baş verən bəzi məsələlər, İsrailin ermənilərlə yaxınlaşacağı təqdirdə Azərbaycanı itirmək qorxusu bunu müəyyən qədər pərdəli saxlayıb. Əgər İran bəyanat verirsə ki, NATO İranın şimalında separatçılıqla məşğul olacaq, təbii ki, bu İran eksperti üçün savadsızlığın böyük nümunələrindən biridir. NATO yarandığı gündən bu günə qədər bir dəfə də olsun tərkibində milli, etnik və dini fəaliyyətlə məşğul olan strukturu olmayıb. Bu mövzularda heç bir sənəd paylamayıb, konsepsiya daşıyıcısı olmayıb. İran mövzunu Ermənistandan uzaqlaşdırıb Azərbaycanın üzərinə çəkməkdən ötrü indi də separatçılığı ortaya atıb. İran ölüm ayağındadır. İran minimal itkisini müəyyənləşdirməli və bunun əsasında hərəkət etməlidir. Böyük şahmat oyunudur və orada Azərbaycanın da yeri var. Azərbaycan qaralarla oynayacaq və sonda da qələbə qazanacaq. Çünki bu proqramın sonu İran və Azərbaycanın indiki qaydada qaldıqları halda olsa da dünya şiəliyi Azərbaycan tərəfindən idarə olunmalıdır. Bu ABŞ-ın İslam inqilabının təməlindən sonra mövqeyində olan ən böyük dəyişiklikdir”.


Xəbər 1 dəfə oxunub.
Chosen
24
5
xezernews.az

10Sources