EN

“Fənərbaxça”nın keçmiş prezidenti reanimasiyaya yerləşdirildi

“Fənərbaxça”nın sabiq prezidenti Ali Şenin vəziyyəti pisləşib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 86 yaşlı əfsanəvi prezident reanimasiyaya yerləşdirilib.

Ali Şenin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Ali Şen 1994-1998-ci illərdə “Fənərbaxça”nın 31-ci prezidenti olub. Bu dövr ərzində “Fənərbaxça” bir dəfə Türkiyə Super Liqasının çempionu olub.

Nihad Əsədov

Chosen
46
50
qafqazinfo.az

10Sources