EN

"Qarabağ"Macarıstana yollandı - Hava Limanından FOTOLAR

"Qarabağ" "Ferentsvaroş"a qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Komandanı aparan təyyarə saat 11:00-da yola düşəcək. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.

Avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Chosen
67
50
sportinfo.az

10Sources