EN

İspaniyada meşə yanğınlarında şübhəli bilinən onlarla insan həbs edilib

İspaniyada yayın əvvəlindən meşə yanğınlarının başlanmasında şübhəli bilinən 27 nəfər həbs edilib, daha 92 nəfərə qarşı isə araşdırmalara başladılıb.

Editor.az bu barədə Europa Press-ə istinadla yazır.

Nazirlikdən bildirilib ki, bu, iyunun 1-dən, meşə yanğınları ilə mübarizə üzrə milli kampaniyanın başlanmasından avqustun 16-dək olan dövrü əhatə edir.

Son məlumatlara görə, ölkədə 20 meşə yanğını yanır. İspaniya yanğınların söndürülməsinə kömək etmək üçün Hollandiyadan təyyarələrin gəlməsini gözləyir. Çətin vəziyyətə baxmayaraq, hakimiyyət hələ də ölkədə fövqəladə vəziyyət elan etməyib.

//Gülnarə Abasova, Editor.az

Chosen
73
50
editor.az

10Sources