EN

"İmişli"nin qapıçı ilə toqquşan futbolçusunun durumu açıqlanıb

"Turan-Tovuz"a qarşı keçirdikləri Misli Premyer Liqasının I turunda zədələnən "İmişli"nin futbolçusu Dioqo Vaskes Rollonun durumu açıqlanıb. SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Həkimlərin ilkin rəyinə əsasən, oyunçunun vəziyyəti sabitdir və ciddi təhlükə yoxdur. Onun müalicə prosesi davam edir.

Qeyd edək ki, Dioqo Vaskes Rollo epizodların birində öz komanda yoldaşı, qapıçı Andrey Sinenka ilə toqquşub və çiynindən xəsarət alıb. Qarşılaşma Tovuz klubunun minimalhesablı (1:0) qələbəsi ilə yekunlaşıb.

Chosen
19
15
sia.az

10Sources