EN

Bilyard salonuna silahlı hücum: 7 ölü

Cənubi Amerika ölkəsi Ekvadorda bilyard salonuna edilən silahlı hücum nəticəsində 7 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Ekvadorun Santo Domingo de los Tsachilas şəhərində bilyard salonuna basqın edən maskalı şəxslər avtomat silahlarla ətrafa atəş açıblar.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis qüvvələri cəlb edilib.

Hücum nəticəsində 7 nəfər hadisə yerindəcə həyatını itirib.

Şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat başlanılıb. 

Chosen
67
38
cebheinfo.az

10Sources