EN

Sürət həyatınıza həyəcan yox, fəlakət gətirir - DİN-dən qayda pozan sürücülərə ÇAĞIRIŞ- FOTO - VİDEO

Heydər Əliyev prospektində yol qəzası baş verib, nəqliyyatda sıxlıq yaranıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Avtosfer.az-a verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində – Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində həm şəhər mərkəzi istiqamətində, həm də Aeroport şosesinə doğru nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

Sürücülərə həmin istiqamət üzrə hərəkətdə olarkən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Chosen
19
43
avtosfer.az

10Sources