Rusiya silahlı qüvvələri Xarkovda çoxmərtəbəli binaya pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Modern.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, hcum nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb.
Ölənlər arasında 2 yaşlı uşaq da var.
5 nəfər itkin düşmüş hesab olunur. İlkin məlumata görə, onlar dağıntılar altında qalıb.