EN

Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi

Ədliyyə Nazirliyinin 881 Çağrı Mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda vətəndaşların istifadəsinə verilib.

Bu barədə News24.az-a nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Çağrı Mərkəzinin fəaliyyəti ilə ədliyyə naziri Fərid Əhmədov yerində tanış olub.

881 Çağrı Mərkəzinin işində müasir dövrün tələbləri nəzərə alınaraq, innovativ texnologiyalar və müasir yanaşmalar tətbiq olunub.

Fəaliyyətinə 2022-ci ildən başlayan Çağrı Mərkəzində ötən dövr ərzində zəruri infrastrukturun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Yenilənmiş Mərkəz ən müasir texnoloji avadanlıqlarla – o cümlədən interaktiv səsli cavablandırma (IVR) sistemi, səsboğucu cihazlar, proqram təminatı, texniki və metodiki vasitələrlə təchiz olunub.

881 Çağrı Mərkəzi vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində saat 09:00-dan 18:00-dək xidmət göstərir.

Chosen
69
4
news24.az

10Sources