EN

Zelenski müharibəyə dərhal son qoya bilər - DONALD TRAMP

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə qarşı başlatdığı müharibəyə “demək olar ki, dərhal” son qoya bilər və ya mübarizəni davam etdirə bilər.

Herbiand.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində avqustun 18-i səhər tezdən deyib.

Ağ Ev rəhbərinin mesajına əsasən, Kiyevin Rusiya təcavüzünü dayandırmaq üçün razılaşmalı olduğu şərtlər onun nöqteyi-nəzərindən Rusiyanın ilhaq etdiyi Krım yarımadasına iddialardan, eləcə də Ukraynanın NATO yolundan imtina etməsidir.

Tramp yazıb:

"Bunun necə başladığını xatırlayın. Obamanın verdiyi Krımın qaytarılmasına yox, Ukraynanın NATO-ya qoşulmasına yox. Bəzi şeylər heç vaxt dəyişmir!!!".

Chosen
41
50
herbiand.az

10Sources