EN

Maşınını binanın yanında saxladı, başına iş gəldi - Video

Abşeron rayon Xırdalan şəhərində Heydər Əliyev prospekti A1 ünvanında yerləşən yeni tikilidən avtomobilin üzərinə kərpic düşüb.

"Cebheinfo.az"  Baku TV-yə istinadən xəbər verir ki, binanın 17-ci mərtəbəsindən düşən kərpic səbəbilə avtomobilə ciddi ziyan dəyib.

Sakinlərin sözlərinə görə, bu, ilk belə hal deyil. Onlar bildirib ki, daha əvvəl də tikilidən düşən taxtalar başqa bir avtomobilə zərər vurub.

Sakin Əli Məmmədov bildirib ki, ziyan dəyən maşın onlara qonaq gələn şəxsin olub: “Təzə tikili binadır. Nə qoruyucusu var, nə mühafizəsi. Bu, artıq ikinci belə hadisədir. Bir dəfə də maşının üzərinə dikt düşmüşdü. Həmin vaxt camaat həyətdə oturub söhbət edirdi. Bir qadının, uşağın başına düşsəydi, adam ölsəydi, necə olacaqdı. ona kim cavab verəcəkdi?”

Binanın mühafizəçisi isə bildirib, həmin yerdə maşın saxlamaq olmaz: “Maşın gedib girib ora, girməyəydi. Bütün sürücülərə başa salıblar ki, orada maşın saxlamaq olmaz”.

Binanın məsul şəxsinin sözlərinə görə, ötən dəfə belə hal yaşandığına görə zərərçəkənə kompensasiya ödənilib: “Kərpic düşməyi o qədər də inandırıcı deyil. Çünki düşsə, binanın kənarına düşə bilər. Amma istənilən halda, elə bir şey varsa, kompensasiya ödənilməlidir”.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib ki, mənzillərdə təmir-tikinti işləri aparılan zaman, oradan daş, alət və ya başqa material aşağıya düşürsə, bunun bütün hüquqi və maddi məsuliyyəti təmir işləri aparan şəxsin, ən əsası da mənzil sahibinin üzərində qalır.

Ətraflı videomaterialda:

 

Chosen
49
50
cebheinfo.az

10Sources