EN

Gəncədə “PAŞA Bank”ın “Bilik səfəri” regional inkişaf layihəsinə qeydiyyat davam edir

Bakı. Trend:

Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank” Gəncə şəhərindəhəyata keçirəcəyi “Bilik səfəri” regional inkişaf layihəsinəiştirakçı qeydiyyatını davam etdirir.

Bankın korporativ sosial məsuliyyət proqramı çərçivəsindəreallaşdırılan bu regional inkişaf təşəbbüsü müasir əmək bazarınıntələbi olan sahələr üzrə yeni mütəxəssislər yetişdirməyihədəfləyir. Layihə ilkin olaraq Gəncədə baş tutacaq. Proqramaəsasən, 70 nəfər informasiya texnologiyaları və əlaqə mərkəzisahələri üzrə təlim proqramına qoşulacaq. Təlimlərdə bakalavrtəhsilinin son ilində olan tələbələr və məzunlar, magistrtələbələri, eləcə də artıq püxtələşmiş və 10 ilə qədər iştəcrübəsinə malik şəxslər iştirak edə biləcək.

Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədrisproqramları və intensiv təlim sessiyaları təşkil ediləcək.Ümumilikdə 3 ay davam edəcək proqram iştirakçıların əmək bazarındatələb olunan bilik və bacarıqlarını inkişaf etdirəcək.

Maraqlanan şəxslər “PAŞA Bank”ın rəsmi platformalarındayerləşdirilən link vasitəsilə qeydiyyatdan keçər bilərlər:

“Bilik səfəri” layihəsi üzrə müraciətlərin qəbulu 25 avqust2025-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, “PAŞA Bank” fəaliyyətə başladığı ilk gündən ölkədəinsan kapitalının inkişafını, peşəkar biliklərin paylaşılmasını vəregional potensialın gücləndirilməsini hədəfləyən onlarla uğurlulayihə həyata keçirib. Bank bu istiqamətdə uzunmüddətlistrategiyasına sadiq qalaraq gələcəkdə də bir çox gəncin təhsil vəkaryera imkanlarını genişləndirəcək proqramlar keçirməyi davametdirəcək.

Chosen
6
5
az.trend.az

10Sources