EN

Ryazan vilayətindəki “Elastik” zavodunda partlayış: Ölənlərin sayı 20 nəfərə çatıb

Rusiyanın Ryazan vilayətində yerləşən "Elastik" zavodunda baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 20 nəfərə yüksəlib.

Milli.Az xəbər verir ki, bu barədə vilayətin əməliyyat qərargahı məlumat yayıb.

Məlumata görə, avqustun 15-də səhər saatlarında Şilov rayonunda yerləşən zavodun barıt sexində baş vermiş partlayış və ardınca yaranan yanğın nəticəsində sexin binası tamamilə dağılıb.

Əməliyyat qərargahının verdiyi məlumata əsasən, bu gün yerli vaxtla saat 07:00-a olan vəziyyətə görə, hadisə nəticəsində 20 nəfər həlak olub, 134 nəfər xəsarət alıb. Onlardan 31 nəfər Ryazan və Moskva şəhər xəstəxanalarında stasionar müalicə alır, 103 nəfərə isə ambulator yardım göstərilib.

Kənan
Milli.Az

Chosen
89
27
milli.az

10Sources