EN

Rusiya SOCAR-ın Ukraynadakı terminallarına yenidən hücum edib

Avqustun 18-nə keçən gecə Rusiya ordusu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Odessadakı terminallarını və “Nova Poçta” çatdırılma xidmətinin terminalını dronlarla vurub. Bu barədə Ukrayna mediası və teleqram kanalları xəbər verir.

“Dumska” və UNİAN teleqram kanalı yazır ki, “Şahed” dronlarının əksəriyyəti eyni istiqamətə yönəlib və nəticədə Odessa ətrafında güclü yanğın baş verib. Yaşayış binaları da zərər görüb.

Rəsmi olaraq hələlik dağıntı və tələfatla bağlı məlumat verilməyib.

Bu, son iki həftə ərzində SOCAR obyektlərinə edilən ikinci hücumdur. Avqustun 6-na keçən gecə də Rusiya SOCAR-ın Odessadakı yanacaqdoldurma bazasını hədəfə almışdı.

SOCAR məsələyə münasibət bildirməyib. 

N.Təbrizli

Chosen
20
36
anews.az

10Sources