EN

Tramp: Krımı qaytarmaq və Ukraynanın NATO-ya daxil olması mümkün deyil

Ukrayna Prezidenti Zelenski istəsə, dərhal Rusiya ilə müharibəni dayandıra bilər, ya da mübarizəni davam etdirər.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bunun necə başladığını xatırlayın. Obamanın 12 il əvvəl atəş açılmadan verdiyi Krımı qaytarmaq və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişməz”,- deyə Tramp bildirib.

O, sabah Ağ Evdə böyük gün olacağını və heç zaman eyni vaxtda bu qədər çox Avropa liderinin Ağ evdə olmadığını deyib.

Chosen
57
50
xezerxeber.az

10Sources