EN

Xaçmazda sürücü qəzaya uğrayan avtomobildə sıxılı qalıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəXaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyatqəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdəqalması barədə məlumat daxil olub.

FHN-dən Trend-əverilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Şimal RegionalMərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “Kia” markalı minik avtomobilinin idarəetməni itirərəkyol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsibaş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılıvəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılıvəziyyətdə qalan sürücü, 1999-cu il təvəllüdlü Əlmərdanov ElvinMəzahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvilveriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.

Chosen
10
50
az.trend.az

10Sources