EN

Zarafata dözə bilməyən şəxs xalası oğlu tərəfindən ət dəhrəsi ilə vuruldu

Biləsuvar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Habil Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəfayil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 01 iyul 2025-ci il tarixdə, saat 23 radələrində Biləsuvar şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, Habil Həsənov yaşadıqları evin həyətində onlara qonaq gələn qohumu (xalası oğlu), zərərçəkmiş Əli Vəlizadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qohumunun onunla zarafat etməsi olub. Bu zaman zərərçəkmiş Habillin ünvanına söyüş söyüb. Təqsirləndirilən şəxs isə bunu əsas gətirərək, Əlini bir dəfə əlində olan ət dəhrəsi ilə qol nahiyəsindən vurub. Nəticədə o, zərərçəkmişin sol qol nahiyəsində kəsilmiş yara xəsarətlər yetirib.


Hadisədən sonra Habil Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında zərərçəkmiş Əli Vəlizadə hazırda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.
 

Kamal Məmmədov 

Tarix: 18 Avqust 2025, 08:12   
Chosen
19
18
pravda.az

10Sources