EN

Boliviyada prezident seçkiləri ikinci tura qaldı

Boliviyada prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri yetərli səs toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalıb.

Publik.az xəbər verir ki, bu, Ali Seçki Məhkəməsinin (ASM) elan etdiyi səsvermə nəticələri ilə təsbit olunub.

Senator Rodriqo Pas Pereyra və Boliviyanın keçmiş prezidenti (2001–2002-ci illər) Xorxe Kiroqa ölkənin prezident seçkilərinin ikinci turunda yarışacaqlar.

“Xristian-Demokrat Partiyası 32,08 %, Azadlıq və Demokratiya Partiyası 26,94 %, Birlik Partiyası isə 19,93% səs toplayıb”, – deyə ASM nümayəndəsi ilkin bülletenlərin 90%-dən çoxunun işlənməsindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Chosen
32
13
publika.az

10Sources