EN

Paşinyan nalayiq ifadələrinə görə ermənilərdən üzr istəyib

Ermənistanın baş naziri açıqlamasında Komissiyanın qərarını tam qəbul etməsə də, xalqdan üzr istəyib...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan erməni kilsəsinin təmsilçiləri ilə bağlı işlətdiyi təhqiramiz ifadələrə görə üzr istəyib.

Baş nazir bildirib ki, Korrupsiyanın Qarşısının Alınması Komissiyası onun iki epizod üzrə davranış kodeksini pozduğunu qeydə alıb. Paşinyan çıxışında deyib: “Əziz xalqım, bəzi qiymətləndirmələrlə tam razılaşmasam da, qərara hörmətlə yanaşıram və hamınızdan üzr istəyirəm”.

Qeyd edək ki, Paşinyanın dini liderlər və ruhani dairələr barədə səsləndirdiyi fikirlər Ermənistanda ciddi ictimai rezonans doğurmuşdu. Müxalif qüvvələr onun açıqlamalarını cəmiyyətin parçalanmasına xidmət edən addım kimi qiymətləndirmiş, kilsə nümayəndələri isə baş nazirdən açıq şəkildə üzr tələb etmişdilər.

Analitiklər hesab edir ki, baş nazirin bu addımı həm daxili siyasi sabitliyi qorumaq, həm də kilsə ilə gərgin münasibətləri yumşaltmaq məqsədi daşıyır.

Poliqon.info

Chosen
71
22
poliqon.info

10Sources