EN

Zelenski Trampla görüşə yollandı

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-yə yollanıb.

Modern.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında məlumat verib.

O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.

Xatırladaq ki, avqustun 18-də Zelenski Avropa liderləri ilə birlikdə Trampla görüşəcək və Alyaska görüşünü müzakirə edəcəklər.

Chosen
29
50
modern.az

10Sources