EN

“Voltemessi təsadüfən deyilməyib”

“Bavariya”nın qapıçısı Manuel Noyer “Ştutqart”ın hücumçusu Nik Voltemade barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Bild" alman qolkiperin dediklərini belə çatdırıb.

“Onun çox yaxşı oyunçu olduğu təsadüfi deyil. Boş yerə ona "Voltemessi" demirlər. Topla davranışı və gözlənilməzliyi ilə seçilir”

Münhen təmsilçisi 23 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır, lakin danışıqlar asan getmir.

Qeyd edək ki, ötən şənbə “Bavariya” Almaniya Superkubokunda məhz “Ştutqart”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq kuboka sahib çıxıb.

Transfermarkt Nikin dəyərini 30 milyon avro qiymətləndirir, lakin “Ştutqart” futbolçudan daha yüksək məbləğ qazanmaq niyyətindədir.

Chosen
33
9
90deqiqe.az

6Sources