Yay aylarında ağcaqanadlar qədər milçəklər də çoxlarını bezdirir. Yeməklərə, mətbəx əşyalarına və zibil qutularının ətrafına toplaşan milçəklərdən xilas olmaq üçün təbii üsulların təsirindən yararlana bilərsiniz.
MilçəklÉ™r yay aylarında ÅŸÉ™kÉ™r vÉ™ zibil qoxusu kimi onların "yemÉ™k" hesab etdiklÉ™ri qoxulara cÉ™lb olunurlar.Â
EvlÉ™rÉ™ dadanan milçəklÉ™ri yox etmÉ™k üçün bÉ™zi tÉ™bii üsullardan istifadÉ™ edÉ™ bilÉ™rsiniz.Â
Alma sirkəsi və nanə - Alma sirkəsinin kəskin qoxusu təravətli nanə ilə birləşəndə milçəklər evinizə yaxınlaşa bilməyəcək. Bunun üçün sprey şüşəsinə yarım stəkan alma sirkəsi və bir neçə damcı nanə yağı əlavə edin. Bu qarışımı qapı və pəncərə kənarlarına püskürtdükdə milçəklər evinizdən uzaq qalacaq.
Dəfnə yarpağı - Dəfnə yarpağının milçəklərin xoşlamadığı kəskin qoxusu var. Onu otağın hava alan hissəsinə açıq qabda qoymaqla milçəklərin otaqdan qaçmasını təmin edə bilərsiniz.
Limon və mixək - Həm təbii, həm də kəskin qoxusu olan bu iki məhsulu birləşdirmək milçəkləri uzaqlaşdırır. Bunun üçün bir limonu ikiyə bölün və açıq hissəsinə bir neçə mixək sancın. Hazırladığınız mixəkli limonu masa və ya pəncərə kənarına qoymağınız kifayətdir.
Reyhan - Evdə reyhan bitkisi yetişdirmək xoş ətir yayaraq milçəkləri uzaqlaşdırır. Milçəklər reyhanın qoxusunu sevmirlər. Evdə hava alan bir yerdə dibçəkdə reyhan yetişdirə bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az