EN

Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini RƏDD ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə birgə mətbuat konfransında Alyaskada razılaşdırılmış bəzi sülh şərtlərini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Respublika rəhbərinin sözlərinə görə, əvvəlcə atəşkəs təmin olunmalı, daha sonra isə münaqişənin başa çatdırılması ilə bağlı saziş üzərində işləmək lazımdır. O qeyd edib ki, təmas xətti danışıqlar üçün ən yaxşı yerdir və danışıqlar silah təzyiqi altında aparıla bilməz.

Zelenski Donetsk vilayətinin Rusiyaya verilməsini istisna edib, çünki Ukrayna Konstitusiyası “ərazilərin təslim edilməsini və ya torpaq alverini” qadağan edir. Siyasətçi həmçinin bildirib ki, ölkə üçün təhlükəsizlik zəmanətləri barədə “detallar yoxdur”, Kiyev isə buna alternativ olaraq Aİ-yə üzvlüyü nəzərdən keçirir.

Alyaskadakı görüşdən sonra ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Donbasın RF-nin nəzarətinə verilməsi təklifini dəstəkləyib. Təşəbbüs həmçinin Xerson və Zaporojye vilayətlərinin cənub bölgələrində cəbhə xəttinin dondurulmasını nəzərdə tutur.

Chosen
11
50
publika.az

10Sources