EN

Zelenski Trampın razılaşma planındakı bir sıra bəndlərlə razı deyil

BAKI, 17 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir ZelenskiABŞ Prezidenti Donald Trampın dünənki danışıqlarda qeyd etdiyi planın bir sıra bəndləri ilə razı deyil.

Teleqraf xəbər verir ki, o, Brüsseldə keçirdiyi mətbuat konfransında belə deyib.

O bildirib ki, əvvəlcə atəşi dayandırmaq, sonra yekun razılaşma üzərində işləmək lazımdır.

V.Zelenskinin fikrincə, “təmas xətti danışıqlar üçün ən yaxşı yerdir” və bu, “silah təzyiqi altında aparıla bilməz”.

O, yenə də Donbası Rusiyaya verməkdən imtina edib, çünki "Konstitusiya əraziləri təslim etməyi və ya torpaq alverini qeyri-mümkün sayır".

V.Zelenskinin sözlərinə görə, hələlik təhlükəsizlik zəmanətlərinin “heç bir təfərrüatı” bəlli deyil və Ukrayna Aİ-yə daxil olmağı bu təminatların bir hissəsi hesab edir.

Chosen
22
50
teleqraf.com

10Sources