EN

Ukrayna ordusu Donetskdə bir neçə kəndi azad etdi

Avqustun 4-dən 16-dək Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın tərkibinə daxil olan 1-ci korpusun “Azov” bölmələrinin birgə əməliyyatları nəticəsində Donetsk vilayətində bir sıra yaşayış məntəqələri işğaldan azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Qruzskoye, Rubejnoye, Novovodyanoye, Petrovka, Veseloye və Zolotoy Kolodez məntəqələri işğaldan azad edilib.

Əməliyyat zonasındakı aktiv hərəkətlər nəticəsində düşmən canlı qüvvə baxımından ciddi itkilərə məruz qalıb. 16 avqust tarixinə olan məlumata əsasən, Rusiya ordusunun itkiləri belədir:

910 nəfər ölü,

335 nəfər yaralı,

37 nəfər əsir.

Bundan əlavə, Rusiya qüvvələrinin 8 tankı, 6 zirehli texnikası, 103 avtomobil və moto-texnikası, 1 reaktiv yaylım atəş sistemi, 18 artilleriya qurğusu və 91 müxtəlif tipli PUA-sı məhv edilib.

Məlumata görə, Donetsk vilayətinin Dobropolye istiqamətində sabitləşdirmə tədbirləri davam edir. Bildirilir ki, rus hərbçiləri təslim olmağa davam edir. Yalnız son sutkada Donetskdə fəaliyyət göstərən 19-cu ordu korpusu 6 rus hərbçisini əsir götürüb.

Eyni zamanda, Hava-desant qoşunlarının 7-ci korpusu və müttəfiq bölmələr tərəfindən Pokrovsk şəhəri düşmən qruplarından və ayrı-ayrı işğalçılardan tamamilə təmizlənib.

Şimal-Slobojan istiqamətində də Ukrayna bölmələri bir neçə mövqedə irəliləyiş əldə edib. Suma vilayətinin Yablonovka kəndi ətrafında irəliləyiş 1000 metrə qədər olub.

Chosen
11
17
redaktor.az

10Sources