EN

Putin Tokayevə Alyaska sammitin əsas məqamları barədə məlumat verdi

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev telefon danışığında rusiyalı həmkarı Vladimir Putini ABŞ Prezidenti Donald Tramp ilə Ankoricdə keçirilən görüşün nəticələri münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçımız rusiyalı həmkarını ABŞ Prezidenti Donald Tramp ilə Ankoricdə keçirilmiş görüşün nəticələri münasibətilə təbrik etdi. Onun fikrincə, danışıqlar Amerikanın Rusiya mövqeyini daha yaxşı anlamasına xidmət edib ki, bu da Ukrayna üzrə mürəkkəb məsələdə ortaq məxrəcə gəlməyə kömək edə bilər”. - məlumatda deyilir.

Tokayev sammiti Rusiyanın qlobal arenadakı mövqelərinin möhkəmlənməsi baxımından irəliləyiş adlandırıb. Vladimir Putin telefon söhbətində Tokayevə sammitin əsas məqamları barədə məlumat verib. Qazaxıstan Prezidenti isə öz növbəsində Rusiya liderinin Alyaskaya səfərinin yüksək səviyyədə təşkil olunmasını xüsusi qeyd edib.

Bundan əlavə, Tokayev Rusiya ilə Qazaxıstan arasında enerji sahəsində qurulmuş səmərəli əməkdaşlığa görə Putinə təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
50
bakivaxti.az

10Sources