EN

"Mançester Siti"nin ulduzu klubunu dəyişdi

"Mançester Siti"nin hücumameylli yarımmüdafiəçi Ceyms Makati İngiltərədə klubunu dəyişib

"Unikal" xəbər verir ki, "Nottingem Forest" klubu 22 yaşlı ingilisin transferini açıqlayıb. 

Futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Transfer məbləğinin 25,5 milyon avro olduğu bildirilir.

Makati “Mançester Siti”nin yetirməsidir. Yarımmüdafiəçi “şəhərlilər”in əsas heyətində bütün yarışlarda 34 oyun keçirib, 7 qol vurub. 

Chosen
17
7
unikal.az

10Sources