EN

Avropalı liderlər də Vaşinqtona gedir - SİYASİ GÜNDƏM QIZIŞIR

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak edəcək.

Bu barədə U.Lyayen X hesabında bildirib.

O, paylaşımında bu gün Brüsseldə Prezident Volodimir Zelenskini qəbul edəcəyini və birlikdə “Könüllülər Koalisiyası”nın videokonfransına qatılacaqlarını bildirib.

U.Lyayen, həmçinin Ukrayna Prezidentinin xahişi ilə avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti və Avropa ölkələrinin liderləri ilə keçiriləcək görüşdə iştirak edəcəyini açıqlayıb.

Almaniya mediasında yer alan xəbərlərə görə, görüşdə Kansler Fridrix Merts də iştirak edəcək.

Chosen
17
18
news365.az

10Sources