EN

“Sony” Rusiyadakı fəaliyyətini tam dayandırdı

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

“Sony” şirkətinin Rusiya bölməsi – “Sony Mobile Communications Rus” hüquqi olaraq ləğv edilərək Birləşmiş Dövlət Reyestrindən çıxarılıb.

Yeniavaz.com “UNITED24 Media”ya istinadla xəbər verir ki, “Sony” Rusiyadakı fəaliyyətini Ukraynaya qarşı müharibənin başlanmasından sonra dayandırmağa başlayıb.

2022-ci ilin martında şirkət “PlayStation” tədarükünü və “PS Store”un fəaliyyətini dayandırıb, ardından isə ukraynalılara yardım üçün 2 milyon dollar ianə edib.

Sonrakı aylarda isə:

- Sony Pictures Rusiyada kinoprokata son qoydu;

- Sony Music 2022-ci ilin sentyabrında bazarı tərk edərək yerli bölməni müstəqil leybl kimi buraxdı;

- 2024-cü ilin yayına qədər bütün brend mağazaları bağlandı və yeni tədarüklər dayandırıldı.

Şirkət bu ölkədəki biznesini hələ 2023-cü ildə bağlamağa cəhd etsə də, proses ləngiyib. Nəticədə sənədlər 2024-cü ilin oktyabrında yenidən təqdim olunub və proses indi tamamilə başa çatdırılıb. Son illərdə Rusiya bölməsi əsasən qalan məhsulların satışı və servis xidmətləri ilə məşğul olub.

Kept konsaltinq şirkətinin məlumatına görə, genişmiqyaslı müharibədən sonra böyük aktivləri olan Qərb şirkətlərinin təxminən 62%-i əksər hallarda biznesi ya yerli menecerlərə, ya da rusiyalı alıcılara ötürərək Rusiyanı tərk edib.

Qeyd edək ki, “Sony” Rusiyada 2006-cı ildən fəaliyyət göstərirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
24
yeniavaz.com

10Sources