Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə U.Lyayen X hesabında bildirib.
O, paylaşımında bu gün Brüsseldə Prezident Volodimir Zelenskini qəbul edəcəyini və birlikdə “Könüllülər Koalisiyası”nın videokonfransına qatılacaqlarını bildirib.
U.Lyayen, həmçinin Ukrayna Prezidentinin xahişi ilə avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti və Avropa ölkələrinin liderləri ilə keçiriləcək görüşdə iştirak edəcəyini açıqlayıb.
Almaniya mediasında yer alan xəbərlərə görə, görüşdə Kansler Fridrix Merts də iştirak edəcək.
Bizim.Media