futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Xuan Pedru da Silva Pineyru olacaq. Ona yan xətt hakimləri Migel Jezuş və Lusiano Qomeş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.
Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi olacaq.
Avqustun 19-da keçiriləcək oyuna saat 23:00-da start veriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.