EN

Serbiyada iğtişaşlar: Xeyli sayda insan saxlanıldı Xeyli sayda insan saxlanıldı

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avqustun 16-dan 17-nə keçən gecə Serbiyada baş vermiş iğtişaşlar nəticəsində altı polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb.

Redaktor.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, 27 nəfər paytaxt Belqradda, 29 nəfər isə Valyevo şəhərində saxlanılıb.

Etirazlar Valyevoda polis zorakılığını əks etdirən videonun sosial şəbəkələrdə yayılmasından sonra başlayıb. Bazar gününə keçən gecə hakim Serbiya Tərəqqi Partiyasının (SPP) ofisləri, şəhər administrasiyası, məhkəmə və prokurorluq hücumlara məruz qalıb.

Polisin gözyaşardıcı qazdan istifadə etdiyi Novi-Beoqrad rayonunda da iğtişaşlar baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
68
18
redaktor.az

10Sources