EN

Tehrandan İrəvana tələb: ABŞ müdaxilə edəcək

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. “Xərrazi suverenliyə, ərazi bütövlüyünə və Ermənistan və Azərbaycanın sərhədlərinin dəyişməzliyinə, eləcə də Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına hörmət edilməsinin zəruriliyini vurğulayaraq, ABŞ-ın Ermənistanda iki ölkə arasındakı kommunikasiya marşrutunu idarə edən investor şirkəti şəklində olması ilə razılaşmadığını və bunun ABŞ-ın gələcəkdə regionda müdaxiləsi üçün əsas ola biləcəyini deyib”, - agentlik bildirib. Xərrazi Ermənistan hökumətinin İranın problemlərini həll edəcəyinə ümid etdiyini qeyd edib.

Kostanyan da öz növbəsində İran prezidentinin Ermənistana gözlənilən səfəri və yeni memorandumların bağlanması ilə iki ölkə arasında əməkdaşlıq yolunun daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Chosen
54
50
buta.tv

10Sources