Yazıçı Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib.Bu barədə APA xəbər verir.
Dəfn mərasimində yazıçının ailə üzviləri, Qazax rayonun icra hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edib.
***
Yazıçı Vidadi Babanlı vəfat edib.Bu barədə onun qızı Leyli Babanlı məlumat yayıb.
Yazıçı 98 yaşında dünyasını dəyişib.Onun dəfn mərasimi sabah keçiriləcək.