Xaçmaz şəhərində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 24 m² sahədə, tavanı və dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.