EN

Trampa xəbərdarlıq: “Ukraynanı satsan, Nobeli unut”

Senatın azlıq lideri Çak Şumer Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra sosial şəbəkədə kəskin paylaşım edib.

“Cebheinfo.az” xəbər verir ki, o,  "Deyəsən, Tramp yenidən Ukraynanı satır və diktator Putinə boyun əyir. Bunun üçün Nobel Sülh Mükafatı olmayacaq", -yazıb.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin arasında sammit avqustun 15-də Alyaskanın Ankoric şəhərində baş tutub.

Zirvə görüşündən sonra atəşkəs əldə olunmasa da, tərəflər tezliklə yenidən görüşmək barədə razılığa gəliblər.

Media bildirib ki, görüşdə Vladimir Putin Ukraynadan böyük ərazi güzəştləri tələb edib.

Dünən “Axios” mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Alyaskadakı görüşdən sonra ukraynalı həmkarı Vladimir Zelenski və Avropa liderləri ilə telefon danışığı zamanı avqustun 22-də ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli sammit keçirmək istədiyini bildirib.

Chosen
41
24
cebheinfo.az

10Sources