EN

"Fox News" Melaniya Trampın Putinə yazdığı məktubun məzmununu açıqlayıb

"Fox News" telekanalı Melaniya Trampın Amerika lideri Donald Trampla Alyaskada keçirilən sammit zamanı Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı və ona təqdim etdiyi məktubun məzmununu açıqlayıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, ABŞ-nin birinci xanımı məktubunda Putindən sülh yaratmaqla uşaqları müharibədən qorumağı xahiş edib.

Məktubda qeyd olunur ki, hər bir uşaq sevgi, imkan və təhlükədən uzaq təhlükəsizlik arzusundadır və liderlərin vəzifəsi yeni nəslin ümidini dəstəkləmək, həmçinin hamı üçün layiqli sülhün qayğısına qalmaqdır.

"Cənab Putin, siz şəxsən onların (uşaqların - red.) melodik gülüşünü geri qaytara bilərsiniz...Siz, cənab Putin, bu vizyonu bu gün qələm zərbəsi ilə həyata keçirə bilirsiniz", - Fox News məktubun mətnindən sitat gətirib.

Bundan əvvəl Donald Tramp Alyaskada rusiyalı həmkarı ilə görüşündə birinci xanım Melaniya Trampın məktubunu ona verib. "Reuters" xəbər verir ki, ABŞ-nin birinci xanımı məktubunda Ukrayna müharibəsi zamanı qaçırılan uşaqların taleyinə toxunub.

Chosen
40
14
far.az

10Sources