Bakı. Trend:
Cənubi Qafqazda sülh və sabitlik İran üçün əhəmiyyət kəsbedir.
Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın Cənubi Qafqaz ölkələri ilə yaxşımünasibətləri var. İran region ölkələri arasında ikitərəfliəməkdaşlığın və sülhün möhkəmlənməsinə kömək edə biləcək istənilənaddımı dəstəkləməyə hazırdır.
Bəqai bildirib ki, İran Cənubi Qafqazdakı prosesləri tam ciddişəkildə izləyir. Heç bir məsələni kiçiltmir və sadələşdirmir.Ölkədə bəzi analizlərdən və yanlış məlumatların yayımlanmasındançəkinmək lazımdır. Bəzi analizlər yanlış məlumatlara əsaslanır vəİranın Cənubi Qafqaz ölkələri ilə münasibətlərin korlanmasıməqsədini güdə bilər. İran XİN ölkədə yanlış anlaşılmazlığa səbəbola biləcək ifadələr və terminlərdən istifadə olunmamasını tövsiyəedir.
“İran xarici müdaxilə və regiondan kənar qüvvələrin iştirakınıheç bir vəchlə faydalı hesab etmir və bu məsələnin geosiyasimürəkkəbliyə səbəb olacağı qənaətindədir. Ermənistan rəsmiləri açıqşəkildə qeyd ediblər ki, bu dəmiryolu (red. Zəngəzur) Ermənistanşirkətləri və Ermənistan qanunlarına əsasən qeydiyyatdan keçən birABŞ şirkətinin iştirakı ilə bərpa olunacaq və sərhəd boyunca heçbir xarici qüvvə yerləşdirilməyəcək. Azərbaycan və Ermənistanarasındakı sülh sazişinin 12-ci maddəsində Azərbaycan və Ermənistansərhədləri boyunca heç bir xarici hərbi qüvvəninyerləşdirilməyəcəyi qeyd olunub”, - deyə o qeyd edib.