EN

Gəncə Şəhər İcra Hakimiyyətinin İdarəsi 45 min manatlıq ağac və bitki alışı üçün müqavilə bağladı 

Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Park-Xiyaban İstismar və Mühafizə İdarəsi” ilə “Colour Park Agro” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ümumi dəyəri 45.870 AZN olan müqavilə imzalanıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilə “Abadlıq işləri, istehlak yönümlü müxtəlif xidmətlər və bioloji aktivlərin satın alınması” məqsədi ilə bağlanıb.

Tenderin şərtlərinə əsasən, müşmula ağacı, nar ağacı, Leylandra ağacı, Limonlu sərv ağacı, Krassula bitkisi, Xrizantema çiçəkləri (kiçik və böyük ölçülü) və digər yaşıl dekorativ bitkilər alınmalıdır.

Maraqlısı odur ki, tenderin qalibi olan “Colour Park Agro” MMC-nin nizamnamə kapitalı cəmi 10 (on) manat təşkil edir. Şirkətin qanuni təmsilçisi İsrayıl Hüseynov İsmayıl oğludur.

Chosen
10
20
nocomment.az

10Sources