I yarımildə bu işlərə 2 milyard manata yaxın vəsait xərclənib
Ölkəmizin işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işləri sürtələ davam etdirilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına işğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 1 milyard 989 milyon 798 min manat vəsait sərf edilib.
Cari ilin yanvar-iyun aylarında ən çox vəsait Kəlbəcər (408 milyon 11 min manat), Laçın (303 milyon 122,1 min manat) və Ağdam (260 milyon 833,3 min manat) rayonlarına ayrılıb. Yeri gəlmişkən, azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə bu ilin dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılıb. İlin ilk 6 ayı ərzində isə büdcədə nəzərdə tutulmuş vəsaitin 1 milyard 552,4 milyon manatı və ya 38,8 faizi istifadə olunub.