İsrail Yəmənin Səna bölgəsində husi rejiminə məxsus enerji obyektinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Zərbə husi terror rejiminin İsrailə və onun vətəndaşlarına hücumlarına, o cümlədən ölkə ərazisinə doğru raketlər və pilotsuz təyyarələr atmasına cavab olaraq Səna bölgəsində həyata keçirilib".