EN

“Kəpəz” Sumqayıt səfərində

Bu gün Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçiriləcək. Msport.az xəbər verir ki, “Sumqayıt” doğma divarlar arasında “Kəpəz”i qəbul edəcək.

Bu, Saşa İliçin meydan sahiblərinin baş məşqçi postunda ilk rəsmi oyunu olacaq. Qeyd edək ki, Gəncə klubu da mövsümlərarası fasilədə Adil Şükürovu komandanın sükanı arxasına gətirib.

Görüş saat 20:30-da start götürəcək.

17 avqust (bazar)

Azərbaycan Premyer Liqası

1-ci dövrə, 1-ci tur

20:30. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan”

15 avqust (cümə)

“Karvan” – “Qəbələ” – 1:1

16 avqust (şənbə)

“Neftçi” – “Şamaxı” – 1:1

“İmişli” – “Turan Tovuz” – 0:1

Qeyd edək ki, ilk turun “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.

 

Chosen
23
msport.az

1Sources