Ağ Ev rəhbəri Donald Tramp Volodimir Zelenski və Avropa liderləri ilə təmasları zamanı Ukraynaya mümkün təhlükəsizlik zəmanətlərinin müzakirəsi çərçivəsində ABŞ qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi məsələsini gündəmə gətirməyib.
Milli.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məsələyə yaxın mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, tərəflər arasında əsas müzakirə mövzusu NATO-nun öhdəliklərinə bənzər təhlükəsizlik təminatları olub.
Kənan
Milli.Az