EN

Türkiyə Superliqasında II tur: “Fənərbağça” xal itirdi, “Qalatasaray” zirvədə

Futbol üzrə Türkiyə Superliqasında II turun oyunları davam edir.

Doğru.az xəbər verir ki, ilk turdakı matçı təxirə salınan “Fənərbağça” yeni mövsümə avqustun 16-da start verib. İstanbul təmsilçisi səfərdə “Göztəpə” ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb – 0:0.

Turun açılış oyununda “Qalatasaray” evdə “Fatih Karagümrük” üzərində inamlı qələbə qazanıb – 3:0. Digər görüşlərdə “Alanyaspor” – “Rizəspor” matçı qolsuz heç-heçə ilə bitib, “Samsunspor” isə səfərdə “Kocaelispor”u 1:0 hesabı ilə məğlub edib.

Hazırda turnir cədvəlinə 6 xalla “Qalatasaray” başçılıq edir. Eyni xala malik “Samsunspor” isə 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, II tura bu gün və sabah keçiriləcək görüşlərlə yekun vurulacaq.

DOĞRU.AZ

Chosen
19
16
dogru.az

10Sources